Restoranda keçirilən daha bir toy yarımçıq dayandırıldı - Video
- 03.04.2021, 15:45,
- Cəmiyyət / Sosial / Xəbər
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Balakəndə - “El-Pera” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq toy mərasiminin keçirildiyi aşkarlanıb.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, polis əməkdaşları tərəfindən 50 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy məclisi dayandırılıb.
Sanitar-karantin qaydalarını pozan restoranın sahibi, xidmət personalı, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunan obyekt sahibi Rauf Muradova ciddi xəbərdarlıq edilib.