Narkotacirin evindən silah da tapıldı

  • 11.01.2021, 12:00,
  • Kriminal
  • Baxılıb: 52
Narkotacirin evindən silah da tapıldı

Yevlax sakinindən narkotik vasitə və silah aşkar edilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan Qərb Bölgəsi üzrə Regional Şöbənin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Yevlax rayon Kövər kənd sakini Elnur Cəfərov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan bükümdə, təmiz çəkisi 6.758 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

E.Cəfərova məxsus “Ford Fusion” markalı avtomobilin yük yerindən, bir ədəd elektron tərəzi və bir ədəd sellofan torabada, təmiz çəkisi 3 kq 135 qram narkotik vasitə olan “marixuana” aşkar edilib. Bundan başqa saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan bir ədəd müvafiq sənədləri olmayan, qundağı və lülləyi kəsilmiş, 16 kalibirli ov tüfəngi aşkar edilərək götürülüb.

E. Cəfərov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter