Şəmkirdə oğurluq edənlər saxlanıldı - Fotolar

  • 26.03.2021, 15:00,
  • Kriminal
  • Baxılıb: 35
Şəmkirdə oğurluq edənlər saxlanıldı - Fotolar

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş Rövşən Nağıyev 2020-ci ilin aprel ayında rayon ərazisindəki oyun zallarından birinə qeyri-qanuni yolla daxil olaraq oradan 800 manat dəyərində avadanlıq oğurlayıb.
Şəmkirdə oğurluq edənlər saxlanıldı - Fotolar

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Nağıyevin rayon ərazisində daha bir oğurluq etməsi aşkar edilib. Belə ki o, mart ayının 21-də tanışı Samir Mehdiyevlə əvvəlcədən planlaşdıraraq, inzibati binalardan birinə daxil olaraq oradan 1 ədəd kompüteri gizli olaraq talayaraq oğurlayıb.

Bundan başqa Rövşən Nağıyev saxlnaılan zaman onun üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman 46.607 qram, narkotik vasitə “tiryək” aşkar edilərək götürülüb.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter