Qəbiristanlıqdakı gülləri oğurlayıb satdılar - Video
- 18.03.2021, 14:25,
- Kriminal
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Paytaxtın Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzarların üzərlərinə qoyulan gül dəstələrini oğurlayan şəxslər saxlanılıblar."Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətində verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakinləri Elşən Abduləliyev və Əli Əliyev tutularaq istintaqa təqdim olunublar.
Araşdırma zamanı onların müxtəlif vaxtlarda həmin qəbiristanlıqdan ümumi dəyəri 1300 manat olan gül dəstələrini oğurladıqları və paytaxtın müxtəlif yerlərində satdıqları məlum olub. Həmçinin saxlanılan zaman Elşən Abduləliyevin üzərindən bir büküm narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.
Faktla saxlanılan şəxslər barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.