Dostunun oğurluq təcrübəsindən yararlandı - Video

  • 05.03.2021, 16:30,
  • Kriminal
  • Baxılıb: 32
Dostunun oğurluq təcrübəsindən yararlandı - Video

Binəqədi rayonunda daha bir “E-manat” ödəmə terminalını oğurlayan şəxslər saxlanılıblar.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3510 manat olan “E-manat” ödəmə terminalı, habelə obyektin kassından 306 manat naməlum şəxslər tərəfindən oğurlanıb. Ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramin Mahmudov və Rəvan Hümbətov saxlanılıblar.

Onların marketdən ödəmə terminalını oğurlamağa getmə anları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Ramin Mahmudov ifadəsində deyib ki, dostu Rəvan ona zəng edib əvvəllər bankomatdan oğurluğa görə tutulduğunu xatırladaraq, onun ödəmə terminalını oğurlamaqda təcrübəsi olduğunu deyərək kömək istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter