Ödəmə terminallarından 9 mindən çox pul oğurladı
- 05.02.2021, 17:40,
- Kriminal
Baxılıb: 60
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin və “Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 29 yaşlı Emin Əsgərov saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, araşdırmalar zamanı məlum olub ki, E. Əsgərov müxtəlif vaxtlarda şəhərin müxtəlif yerlərindəki ümumilikdə 4 ödəmə terminalını sındıraraq 9187 manat nağd pulu oğurlayıb.
E. Əsgərov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda onun şəhər ərazisində digər anoloji cinayətləri törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri nəticəsində araşdırılır. Faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.