Ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq
- 23.06.2020, 15:30,
- Xəbər
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmənin verilməsi zamanı faktiki yaşayış yeri nəzərə alınacaq."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.