DİN və Baş Prokurorluq dəhşətli qətlin təfərrüatını açıqladı
- 30.01.2021, 13:45,
- Kriminal
Baxılıb: 59
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, yanvarın 27-də saat 01:00 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında beş ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələri aşkar edilib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi faktla bağlı birgə məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş naməlum qadın meyitinin 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması müəyyənləşdirilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla birgə həyata keçirilmiş tədbirlər nəticəsində zərərçəkmişin qayınatası - 1946-cı il təvəllüdlü İdris Məhərrəmovun gəlini Banı Məhərrəmova ilə ailə-məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək, onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularına atmasına əsaslı şübhələr müəyyən edilib.
29 yanvar 2021-ci ildə İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
