Qadını doğrayıb zibil qabına atan qayınatası saxlanılıb

  • 28.01.2021, 11:20,
  • Kriminal
  • Baxılıb: 44
Qadını doğrayıb zibil qabına atan qayınatası saxlanılıb

Bakıda qadını öldürüb doğrayaraq zibil qabına atan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Cəsədin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter