Oyun zalında 21 nəfər saxlanıldı - Video

  • 11.01.2021, 12:20,
  • Kriminal
  • Baxılıb: 45
Oyun zalında 21 nəfər saxlanıldı - Video

Bakıda gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkar edilib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Nərimanov rayonu, F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa - playstation” oyun zalı aşkar edilib.

“Alfa Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter