İŞİD-in təhlükəli üzvü Ankarada saxlanıldı - Fotolar
- 03.01.2021, 16:30,
- Kriminal
Baxılıb: 50
Facebook
Вконтакте
Одноклассники
Google+
İraqda İŞİD terror təşkilatı üçün partlayıcıları avtomobillərə yerləşdirmək kimi təhlükəli işlər görən “İbrahim” ləqəbli terrorçu Türkiyədə ələ keçib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində o, Ankaradakı evində saxlanılıb.
Terrorçunun evindən 1 ədəd mobil telefon, 4 ədəd SİM-kart və təşkilata aid məlumatların olduğu dəftər götürülüb. Onun İraqdakı münaqişə bölgələrində olması, eləcə də avtomat silahdan təlim gördüyünə dair fotolar müəyyən edilib.
Faktla bağlı istintaq aparılır.