3 illik axtarışdan sonra Ankarada saxlanıldı - Foto

3 illik axtarışdan sonra Ankarada saxlanıldı - Foto

FETÖ/PDY silahlı terror təşkilatının üzvü, polis şöbələrindən birinin keçmiş rəisi Yüksel Sezer 3 il davam edən axtarışdan sonra saxlanılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Ankara polisinin apardığı əməliyyat nəticəsində Y. Sezar Çankaya ərazisində zərərsizləşdirilib. Üzərində başqa şəxsə aid şəxsiyyət vəsiqəsi gəzdirən Sezer sorğu-sual üçün Ankara Prokurorluğuna aparılıb.

Onun FETÖ-nün xəbərləşmə proqramı olan “ByLock”dan istifadə etdiyi məlum olub.

Yüksel Sezerin adının təşkilata sədaqət və bağlılığı ən üst səvviyədə olduğu üçün “A5” kateqoriyasında olduğu açıqlanıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter