Bakıda “Dostlar” kafesi, Sumqayıtda “Power gym” qanunsuz işləyirmiş - VİDEO

  • 18.12.2020, 12:40,
  • Kriminal
  • Baxılıb: 42
Bakıda “Dostlar” kafesi, Sumqayıtda “Power gym” qanunsuz işləyirmiş - VİDEO

Bakı və Sumqayıt şəhərində karantin rejiminin qaydalarına pozan obyektlər aşkarlanıb.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən "Qanunyolu.info.az" xəbər verir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər. Onlardan 3 nəfəri yetkinlik yaşına çatmadığı üçün profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. İdman zalında olan 12 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri cərimə edilib.
Bakıda “Dostlar” kafesi, Sumqayıtda “Power gym” qanunsuz işləyirmiş - VİDEO

Bakıda “Dostlar” kafesi, Sumqayıtda “Power gym” qanunsuz işləyirmiş - VİDEO

Həmçinin obyektin sahibi Rəşad Xudaverdiyev 4000 manat, onun 2 nəfər işçisi hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

Polis əməkdaşlarının paytaxtın Nərimanov rayonunda keçirdikləri növbəti tədbir zamanı isə qanunlara zidd olaraq işləyən kafe aşkar edilib.
Bakıda “Dostlar” kafesi, Sumqayıtda “Power gym” qanunsuz işləyirmiş - VİDEO

Araşdırma zamanı “Dostlar” kafesini icarə əsasında işlədən paytaxt sakini Həsən Bağırovun müştərilərə yerində xidmət göstərdiyi müəyyən edilib. Obyektin kabinetlərinə baxış zamanı ümumilikdə 13 nəfər müştəri müəyyən edilib. Onların hər biri, eləcə də kafeni işlədən Həsən Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci ( epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

Bir daha vətəndaşlardan tələb olunur ki, koronovirusla mübarizədə tətbiq edilən qaydalara mütləq qaydada əməl etsinlər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter