Bakıda karantin qaydalarını pozan kafe aşkarlanıb, 7 nəfər cərimələnib - FOTO+VİDEO
- 04.07.2020, 11:30,
- Hadisə / Kriminal
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsində yerləşən “Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub."Qanunyolu.info.az" DİN-ə istinadən xəbər verir ki, polis tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 müştəri saxlanılaraq polis bölməsinə gətirilib.
Bölmədə obyekt sahibi və müştərilər polis tərəfindən tibbi maskalarla təmin ediliblər.
Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1 500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.
