Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi - Foto

  • 07.07.2020, 09:40,
  • Kriminal
  • Baxılıb: 24
Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi - Foto












Astarada toy mərasimi təşkil etmək istəyənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, müvafiq polis şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar. Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

E. Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.
Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi - Foto
Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter