Rusiyada dayanacaqdakı insanlara atəş açan gənc ölü tapıldı
- 13.10.2020, 09:30,
- Kriminal
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Nijni Novqorod şəhərində 3 nəfəri öldürüb, daha 3 nəfəri yaralayan Danil Monaxov ölü tapılıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “İnterfaks” İstintaq Komitəsinin regional şöbəsinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, 18 yaşlı gənc intihar edib.
Qeyd edək ki, oktyabrın 12-si axşam saatlarında nənəsi ilə mübahisə edən gənc əvvəlcə ona, daha sonra isə qonşusuna atəş açaraq onları öldürmüşdü. Danil daha sonra dayanacaqdakı sərnişin avtobusuna atəş açmış, nəticədə 1 nəfər ölmüş, 3 nəfər xəsarət almışdı. O, hadisəni törədəndən sonra gizlənmişdi.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, gənc ünsiyyətcil biri olmayıb, kompyuter oyunları və silahlara maraq göstərirmiş.