Rajputun intiharına görə sevgilisi ittiham edilir
- 10.09.2020, 10:10,
- Kriminal / Xəbər
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunda intihar edən Bollivud ulduzu Suşant Sinqx Rajputun ölümündə sevgilisi, məşhur aktrisa Reya Çakraborti təqsirli bilinir. Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Rajputun ailəsi polisə müraciət edərək aktrisa barədə iddia irəli sürüb. Qeyd olunub ki, Reya sevgilisini intihara sövq edib və mərhumun böyük miqdarda pulunu başqa hesaba transfer edib.
Araşdırma zamanı Çakrabortinin aktiv narkotik satışı ilə məşğul olduğu ortaya çıxıb. İddiaya görə, o, sevgilisini də zərərli maddələrə aludə edib.
Polis əməliyyat zamanı aktrisa, onun bacısı Şovik və keçmiş meneceri Samuel Mirandanı saxlayıb.
Qeyd edək ki, 2019-cu ildən sevgi münasibətinə başlayan cütlük dekabr ayından eyni evdə yaşayıblar.