4-ü həbs edildi, 12-si cərimələndi
- 30.08.2020, 14:15,
- Kriminal / Xəbər
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Ağcabədi şəhəri ərazisində yerləşən N. Abbaslıya məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar. DİN-in Mətbuat Xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb. Ev yiyəsi və orada olan digər 15 nəfər Polis Şöbəsinə gətirilib.
Karantin qaydalarını pozan həmin şəxslərdən 4 nəfər inzibati qaydada həbs edilib, 12 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.