Evdən qazan oğurlayanlara hökm oxundu

  • 22.08.2020, 10:30,
  • Kriminal
  • Baxılıb: 34
Evdən qazan oğurlayanlara hökm oxundu

Bakıda gənclər narkotik almaq üçün evlərdən oğurluq etdiklərini, buna görə qonşularının qazanlarını, hətta dəyəri 500 manat olan tavanı oğurladıqlarını etiraf ediblər.

"Qanunyolu.info.az", "Qafqazinfo"nun verdiyi xəbərə istinadən, Bilgəh qəsəbə sakini, 1990-cı il təvəllüdlü Mirsahib İsmayılov, 26 yaşlı dostu Mirsüleyman Elşad oğlu ilə birgə qonşularının həyətindən oğurluq edib.

İttihama görə, hadisə zamanı Mirsüleyman dostunu sığortalamaq üçün hasarın yanında dayanmış, Mirsahib isə hasarı aşaraq evin həyətinə düşüb.

Onlar bir evdən pəncərədən girmək yolu ilə 360 manat dəyərində «Hisense» markalı televizoru və 150 manat dəyərində mis qazan, ikinci evdən isə bıçaq itiləmək üçün mühərrik, laqonda, direl, çəkic, mişar, vintaçan, balta, qaz açarları, kəlbətin, üç ədəd hər birinin dəyəri 500 manat olan mis tavalar, iki ədəd hər birinin dəyəri 100 manat olan alüminium tasları, iki ədəd hər birinin dəyəri 100 manat olan alüminium tavaları, bir ədəd 100 manat dəyərində alüminium qazanı və iki ədəd hər birinin dəyəri 25 manat olan çaynikləri talayıblar.

Dostların 50 manata satdıqları əşyaların dəyəri 510 manat, 12 manata satdıqları mis tava və qazanlar isə alətlərlə birgə 2300 manat dəyərində qiymətləndirilib.

Mirsahib Süleymanov 2018-ci ildə oğurluğa görə məhkum olunub.

Sabunçu rayon məhkəməsinin hökmü ilə Mirsahib Süleymanov 3 il 6 ay, Mirsüleyman Elşad oğlu isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter