Həyətindən 8 kiloqram heroin tapıldı
- 20.07.2020, 12:15,
- Kriminal
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Narkotik vasitə ilə saxlanılan Yardımlı sakininin həyətindən daha 8 kiloqram heroin aşkarlanıb DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Yardımlı rayonu ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini C.Mirxanlı saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən 305 qram narkotik vasitə heroin aşkarlanıb.
Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evin həyətinə keçirilən baxış zamanı orada gizlədilmiş 1 ədəd sellofan torbada 8 kiloqram 140 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.