Qardaşına heroin satarkən saxlanıldı
- 20.05.2020, 21:02,
- Kriminal
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Saatlı rayonunda narkotik alveri edən şəxs saxlanılıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Saatlı rayon sakini, əvvəllər məhkum edilmiş Adəm Zeynalov öz qardaşına 10 manat müqabilində heroin satarkən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə A. Zeynalovun yaşadığı ünvana baxış keçirilən zaman oradan polietilen torbada təmiz çəkisi 3 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.