Qazaxda qadın əri və qayınatasını bıçaqlayıb? - Açıqlama
- 07.07.2020, 22:15,
- Kriminal
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qazaxda qadının ərini və qayınatasını bıçaqlaması ilə bağlı yayılan məlumatlar yalandır".Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qanunyolu.info.az", "Qafqazinfo"ya istinadən məlumat verib.
Bildirilir ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonunda qadının əri və qayınatasını bıçaqlaması ilə bağlı məlumat yayılıb. Bu məlumatlar yalandır və dəqiqləşdirilmədən yayımlanıb.
Belə ki, bu gün saat 16 radələrində Qazax şəhər Nəriman Nərimanov qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Rafiq Yaşar oğlu İsmayılov Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, ailədaxili mübahisə zəminində qayınanası ,1972-ci il təvəllüdlü Babaqızı Şəfəq Şəmsəddin qızı tərəfindən ona şüşə qabla xəsarət yetirilib. Həmçinin həmin qəsəbədə kirayədə yaşayan Babaqızı Şəfəq Şəmsəddin qızı da Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evdə kürəkəni R.İsmayılov tərəfindən ona xəsarət yetirildiyini bildirib.
Hər iki şəxsin müraciəti ilə bağlı araşdırma aparılır.
