Maşınlardan silsilə oğurluq edənlər saxlanılıb - Foto
- 08.05.2020, 12:00,
- Kriminal
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
Mingəçevir şəhərində ayrı-ayrı şəxslərə məxsus “VAZ-21011” və “VAZ- 2102” markalı avtomobillər qaçırılıb, bir avtomobildən noutbuk, təmir alətləri çantası və 6 nəfərə məxsus həyətyanı sahədən velosiped oğurlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, oğurluqları törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Elmin Rüstəmov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, E.Rüstəmov oğurladığı velosipedlərin bir neçəsini satıb, noutbuk və bir neçə velosiped maddi sübut kimi götürülüb. Qaçırdığı avtomobillər isə yaşadığı evin yaxınlığında aşkar edilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində E.Rüstəmov barəsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.