Keçən həftə Yasamalda qətl törədənlər saxlanıldı

  • 24.06.2020, 16:10,
  • Kriminal
  • Baxılıb: 17
Keçən həftə Yasamalda qətl törədənlər saxlanıldı












İyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı cinayət işi başlanılıb.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılıblar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter