Qaxda 12 yaşlı uşağı maşın vurdu
- 09.06.2020, 22:15,
- Hadisə / Kriminal
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Qaxda 12 yaşlı uşağı avtomobil vurub."Qanunyolu.info.az, "Qafqazinfo" nun məlumatına istinadən, hadisə axşam saatlarında baş verib.
Belə ki, 2008-ci il təvəllüdlü Luka Poladaşvili yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan L.Poladaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hal-hazırda yaralının müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.