“Çevik”lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

  • 15.09.2026, 10:00,
  • Kriminal
  • Baxılıb: 9
“Çevik”lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Sosial şəbəkələrdə “Çevik” kimi tanınan Məqsəd Bağırovla birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli olub.

“Qanunyolutv.az”, “Unikal”a istinədən xəbər verir ki, Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283.1-ci, Kamran Bilalova isə 283.2.1-ci maddəsi ilə ittiham elan edilib.

Elan edilmiş ittihama əsasən, Kamran Bilalov Bağırovun aşkar surətdə, o cümlədən mediadan istifadə etməklə cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı videolar yayaraq nümayiş etdirdiyi dini baxışlarına görə ona qəsdən ictimai yerdə zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək dini zəmində düşmənçilik salınmasına yönələn hərəkətlər törədib.

Qeyd edək ki, Məqsəd Bağırov özü də insanların dini inanclarını, ibadət yerlərini təhqir edən ifadələr ehtiva edən videolar yaymaqla cəmiyyətdə dini zəmində düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinərək həbs edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter