Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

  • 11.09.2026, 15:00,
  • Kriminal
  • Baxılıb: 4
Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb.

“Qanunyolutv.az”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqini tapıb.

Hökmə əsasən, Elmira Əliyevaya 12 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə baş verib. Elmira əri Samiri öldürüb meyiti həyətdə basdırdıqdan sonra üzərinə gül əkib. Polis itkin düşdüyü bildirilən Samirin öz həyat yoldaşı tərəfindən qətlə yetirildiyini aşkarlayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter