Vəkil İlqar Həmidov həbs edildi
- 07.08.2026, 20:00,
- Kriminal
Baxılıb: 77
Facebook
Вконтакте
Одноклассники
Google+
11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov həbs edilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham olunur.
Vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hələlik büro tərəfindən vəkilin həbsi ilə bağlı hər hansı münasibət bildirilməyib.