Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
- 07.08.2026, 18:00,
- Kriminal
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.“Qanunyolutv.az"-ın əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Şəfa Dadaşova yekunda belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.
Hökmə əsasən Nadir Mudadov 1 il 3 ay azadlıqdan məhrum edilib. O, ötən ilin avqustundan həbs edildiyi üçün 6 ay çəkilməmiş cəza müddəti qalıb.Qeyd edək ki, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Həmin əməliyyatla bir neçə vəzifəli şəxs, o cümlədən
10 il birinci müavin işləyən Nadir Muradov həbs edilib. Həmin hadisədən qısa müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov da vəzifəsindən azad edilib.
