Təqaüdçüləri aldadıb pullarını taladı
- 07.08.2026, 17:30,
- Kriminal
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan, əvvəllər məhkum olunmuş 44 yaşlı Ruhid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, o, bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib.
Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub.
Faktlarla bağlı cinayət işi başlanılıb, Ruhid Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.