Ağcabədidə 48 yaşlı qadın öldü - Şübhəli əridir

  • 02.05.2026, 17:30,
  • Kriminal
  • Baxılıb: 11
Ağcabədidə 48 yaşlı qadın öldü - Şübhəli əridir

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

“Qanunyolutv.az”-ın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

İddiaya görə, əslən Ağdam rayonunun Mərzili kəndindən olan, 1969-cu il təvəllüdlü Ayaz Amanxan oğlu Səlimov həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovanı ailədaxili münaqişə zəminində qətlə yetirib. Bildirilir ki, kişi qadını mətbəxdə istifadə olunan ət baltası ilə öldürüb.

Hadisəni törətməkdə şübhəli bilinən Ayaz Səlimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter