Qoca Səmədovun oğlu azadlığa buraxıldı
- 14.04.2026, 12:30,
- Kriminal
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, bu barədə qərar qəbul edilib.
Zaur Səmədovun silah tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməyib. Həmin maddə ilə ona bəraət verilib. Qəsdən sağlamlığa zərərvurma maddəsi ilə cinayət işinə isə tərəflər arasında barışıq olduğu üçün xitam verilib. Nəticədə mərhum icra başçısının oğlu azadlığa buraxılıb.Qeyd edək ki, hadisə 3 ay əvvəl rayonun İsmayılabad kəndində baş verib. İlkin məlumatda deyilirdi ki, Zaur Səmədov mübahisə zəminində tanışına ov tüfəngindən atəş açmaqla
xəsarət yetirib.
Zaur Səmədovun atası Qoca Səmədov Yevlaxın icra başçısı işləyib. O, korrupsiya cinayətlərində təqsirli bilinərək
məhkum edilib. Şərti azadlığa buraxılandan qısa müddət sonra
vəfat edib.