Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi - Yenilənib
- 16.01.2026, 15:30,
- Kriminal / Hadisə
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Yevlaxda silahlı insident baş verib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib.
Zaur Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.Xatırladaq ki, 2019-cu ildə həbs edilən Qoca Səmədov vaxtından əvvəl şərti
azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə
vəfat etmişdi.
****
"Qanunyolutv.az" xəbər verir ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 11:40 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.
