Nigar Həsənovanın işində yeni detallar - 1 milyona yaxın pul alınıb...

  • 11.02.2026, 10:30,
  • Kriminal
  • Baxılıb: 18
Nigar Həsənovanın işində yeni detallar - 1 milyona yaxın pul alınıb...

Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənovanın cinayət işi üzrə bəzi faktlar üzə çıxıb.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində 18 nəfər zərərçəkən müəyyən edilib.

A.Həsənovanın onlara məxsus ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyənləşib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

"Qanunyolutv.az" xəbər verir ki, Nigar Həsənovanın həbs edilməsi ilə bağlı xəbər yayımlandıqdan sonra daha bir neçə nəfər onların da pullarının adı çəkilən şəxs tərəfindən ələ keçirildiyini iddia ediblər. Bu əsasla zərərçəkmiş şəxslərin sayının və vurulmuş zərərin miqdarının artacağı da istisna edilmir.

Qeyd edək ki, Nigar Həsənova İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter