Səkkiz gün öncə qəzaya düşən şəxs öldü

  • 03.06.2020, 09:50,
  • Kriminal
  • Baxılıb: 37
Səkkiz gün öncə qəzaya düşən şəxs öldü












Mayın 26-da Lənkəran rayonunda avtomobilin aşması nəticəsində ağır xəsarət alan sərnişin vəfat edib.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Hirkan qəsəbəsindən keçən hissəsində baş verib.

Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Mikayıl Hüseynov Bakıya gələrkən idarə etdiyi “Kia Rio” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, 1968-ci il təvəllüdlü Mübariz Kərimov xəsarət alaraq Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün daha sonra Bakıda xəstəxanaya köçürülüb və iyunun 2-də müalicə aldığı “Bakı Medical Plaza” klinikasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter