Avtoxuliqanlıq edib sosial şəbəkədə yaydılar - Həbs edildilər-Video

  • 09.09.2025, 14:00,
  • Kriminal
  • Baxılıb: 9
Avtoxuliqanlıq edib sosial şəbəkədə yaydılar - Həbs edildilər-Video

Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən şəxslər saxlanılıblar.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, profilaktik tədbirlər zamanı müəyyən olunan şəhər sakinləri - 27 yaşlı Orxan Məmmədov və həmyaşıdı Nahid Aslanov avtomobil idarə edən zaman piyada, eləcə də digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaratdıqları və bunu sosial şəbəkələrdə paylaşdıqları üçün Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində protokollar tərtib olunub və toplanmış materiallar məhkəməyə təqdim edilib.

Məhkəmənin qərarına əsasən, Orxan Məmmədov 20, Nahid Aslanov isə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter