Məhəmməd Mirzəlinin ibtidai istintaqı bitdi
- 21.06.2025, 13:00,
- Kriminal
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Xaricdə yaşayan bloqer Məhəmməd Mirzəlinin cinayət işi üzrə ibtidai istintaq bitib.“Qanunyolutv.az”-ın məlumatına görə, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Məhəmməd Mirzəli haqda qiyabi icraat başlanılıb.
Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməkdə təqsirləndirilir.
Aparılan qiyabi icraat üzrə yekun ittihamlar elan edilib, iyunun 20-də ibtidai istintaq başa çatıb. Məhəmməd Mirzəliyə və onun vəkilinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il iyunun 23-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq.
Məhəmməd Mirzəliyə izah edilir ki, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Belə olan halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.
Daha əvcəl ölkə hüdudlarından kənarda qaçıb gizlənən təqsirləndirilən şəxsə vəkil təyin edilib, prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
