Nəsimidə əməliyyat - Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb

  • 14.06.2025, 20:00,
  • Kriminal
  • Baxılıb: 4
Nəsimidə əməliyyat - Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbir zamanı əvvəllər məhkum olunan şəxslər - 38 yaşlı Murtaza Həsənov, 45 yaşlı Baba Cəfərov və 44 yaşlı Qəzənfər İbrahimov saxlanılıblar.

"Qanunyolutv.az" xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, onlardan 6 kiloqrama yaxın heroin, marixuana, psixotrop maddə metamfetamin, o cümlədən Qəzənfər İbrahimovdan əlavə olaraq 266 ədəd psixotrop tərkibli preqabalin, 37 ədəd və 200 qrama yaxın toz formasında olan ekstazi aşkarlanaraq dövriyyədən çıxarılıb.

Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Murtaza Həsənov, Baba Cəfərov və Qəzənfər İbrahimovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi rayonunda keçirilən tədbirlər zamanı 47 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter