Evində bıçaqlanıb öldürüldü - Həmkəndlisi tutuldu-Yenilənib

Evində bıçaqlanıb öldürüldü - Həmkəndlisi tutuldu-Yenilənib

Abşeron rayonunda Qobu qəsəbə sakini 61 yaşlı Miribrahim Seyidov yaşadığı evdə bıçaqlanıb.

“Qanunyolutv.az” xəbər verir ki, o, xəstəxanaya aparılarkən yolda ölüb.

Polisin keçirdiyi tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradov tutulub.

Bildirilir ki, onlar həmkəndli olublar, hadisə isə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırmalar aparılır.
****

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, iyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 1964-cü il təvəllüdlü Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter