Qadın “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqladı - Yenilənib

  • 12.04.2025, 21:30,
  • Kriminal
  • Baxılıb: 2
Qadın “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqladı - Yenilənib

Bərdədə qadın “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqlayıb.

“Qanunyolutv.az”-ın məlumatına görə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova sözügedən sosial şəbəkədə mübahisə etdiyi 1992-ci il təvəllüdlü Ceyhun Zeynalova bıçaq xəsarəti yetirib.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tünzalə Hüseynova isə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəsarət alan şəxsin vətən müharibəsi qazisi olduğu deyilir.
****

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter