Ər arvadını öldürdü
- 21.12.2022, 09:30,
- Kriminal
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağdamda ər arvadını öldürüb.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 21-də saat 3 radələrində Ağdam rayonu Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın kəsici-deşici alətlərlə qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1974-cü il təvəllüdlü Sahib İbadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
****
Dekabrın 21-də rayonun Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur. Araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Sahib İbadov şübhəli şəxs qismində tutulub. İstintaq davam etdirilir.