Ceyhunun qətli ilə bağlı komandirinə - 5 il həbs tələbi
- 11.04.2025, 13:00,
- Kriminal
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, bu gün Naxçıvan Hərbi Məhkəməsində keçirilən iclasda prokuror yekun nitqi ilə çıxış edib.
Prokuror bəyan edib ki, təqsirləndirilən polkovnik
Samir Həziyev və hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı
Aydın Quliyevə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.
Bu əsasla Samir Həziyev 5 il, Aydın Quliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilməlidir. Fotoda: Samir HəziyevHəmçinin sərbəst mühakimə edilən Aydın Quliyevin məhkəmə zalında həbs olunması təklif olunub.
Vəkillər Orxan Zeynalov və Kəramət Əliyevə müdafiə çıxışına hazırlanmaları üçün aprelin 17-dək vaxt verilib.
Samir Həziyev və Aydın Quliyev Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham edilirlər.Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 balla ADA Universitetinə qəbul olunub. O, 2024-cü ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, iki gün sonra qətlə yetirilmiş halda tapılmışdı.
Fotoda: Aydın Quliyev
