Aktyor və xanımını öldürən İslam - Ömrünü həbsdə keçirəcək

  • 10.04.2025, 14:00,
  • Kriminal
  • Baxılıb: 6
Aktyor və xanımını öldürən İslam - Ömrünü həbsdə keçirəcək

Rus Dram Teatrının aktyoru olmuş İosif Tkaç və arvadı Lyudmila Tkaçı öldürməkdə ittiham olunan İslam Hadıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsə İslam Hadıyevə heç bir güzəşt tətbiq etməyib.

Hökmə əsasən, İslam Hadıyev tamah niyyəti ilə iki nəfəri öldürməkdə təqsirli bilinərək qanunun icazə verdiyi ən ağır cəzaya məhkum olunub. Belə ki, Hadıyev İslam ömrünün axırına kimi həbsxanada qalacaq.

Qeyd edək ki, qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter