11 il sonra azadlığa çıxmışdı - Yenidən 8 il cəza verildi

  • 10.04.2025, 13:30,
  • Kriminal
  • Baxılıb: 12
11 il sonra azadlığa çıxmışdı - Yenidən 8 il cəza verildi

Özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən, eyniadlı saytın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Nazim Quliyev hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun üzərinə həbs qoyulmuş evi də ziyanın ödənilməsinə sərf edilməsi üçün müsadirə edilib.

Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb. O, ötən ilin aprelində vətəndaş şikayətləri əsasında BMCMİ-əməkdaşları tərəfindən yenidən cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter