Hacı Vəliyevlə bağlı həbs qərarı verildi - Yenilənib

  • 01.04.2025, 16:30,
  • Kriminal
  • Baxılıb: 4
Hacı Vəliyevlə bağlı həbs qərarı verildi - Yenilənib

"Gənc Qazilər Birliyi" nin sədri Hacı Vəliyev saxlanılıb.

“Qanunyolutv.az” Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib.

Hacı Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

"Qanunyolutv.az" xəbər verir ki, məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın “sədr”i kimi təqdim edir.
****

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə ittiham olunur.
****

Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter