Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
- 28.02.2025, 16:00,
- Kriminal
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq etməkdə ittiham olunan Ruhiyyə Məmmədovanın məhkəmə araşdırması başa çatıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda evi talanan Şirinbəyli ifadə verib. Zərərçəkmiş deyib ki, Ruhiyyə evində xadimə işlədiyi vaxt oğurladığı qızıl-zinət əşyalarının çoxunu qaytarmayıb.
Bütün tərəflər dindirildikdən sonra məhkəmə istintaqı tamamlanıb. Prokuror Valeh Ələkbərov Ruhiyyə Məmmədovanın külli miqdarda ziyan vurmaqla oğurluq erməkdə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilməsini tələb edib.
Telman Hüseynovun sədrlik etdiyi hakimlər də xanım müttəhimin təqsirli olduğunu təsdiq ediblər.
Hökmə əsasən, Ruhiyyə Məmmədova 5 il 6 ay azadlıqdan məhrum edilib. Sərbəst mühakimə olunan xanım elə məhkəmə zalında həbs edilib.Qeyd edək ki, Məmmədova Ruhiyyə polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi.