Sabiq məktəb direktoru həbs olundu - Yenilənib

Sabiq məktəb direktoru həbs olundu - Yenilənib

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda Fəxrəddin Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
*****

Məsələ ilə bağlı Dağlıq-Şirvan Regional Təhsil İdarəsindən saytımıza bildirilib ki, Ağsu rayonu Rəhimli kənd S.Mikayılov adına tam orta məktəbin direktoru işləmiş Həsənov Fəxrəddin Həsənqulu oğlu əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə 03.07.2024-cü il tarixində tutduğu vəzifədən azad edilib: “Bununla yanaşı, Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter