Polşa Azərbaycanın axtardığı Gürcüstan vətəndaşını ekstradisiya edəcək
- 28.12.2024, 13:00,
- Kriminal
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın axtarışa verdiyi Gürcüstan vətəndaşı Polşadan ekstradisiya olunacaq."Qanunyolutv.az" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.
Ülpət Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.
Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs olunub. Verilmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra onun ölkəmizə gətirilməsi təmin ediləcək.