Bu rayonun da hərbi komissarı həbs edildi - Yenilənib
- 24.10.2024, 15:00,
- Kriminal
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, polkovnik-leytenant külli miqdarda rüşvət almaqda ittiham olunur.
X.Babayev bundan əvvəl Xidmətin Goranboy, daha sonra Ağdam rayon bölməsinin rəisi olub.
İş üzrə ilkin istintaq aparılır.
****
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Xəyyam Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.