9 yaşlı uşaq qızdırmadan öldü - Yenilənib

9 yaşlı uşaq qızdırmadan öldü - Yenilənib

Şirvan şəhərində 9 yaşlı uşaq qızdırmadan vəfat edib.

“Qanunyolutv.az” xəbər verir ki, şəhər sakini 2015-ci il təvəllüdlü Vəliyev Əli Xəyyam oğlu ötən gecə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Bu gün səhər saat 05 radələrində o, xəstəxanada qızdırmadan dünyasını dəyişib.

Bildirilir ki, azyaşlı ev şəraitində müalicə alırmış və son anda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
****

"Qanunyolutv.az" xəbər verir ki, hadisə ilə bağlı TƏBİB-dən bildirildi ki, 20.05.2024 cü il, saat 05:31 radələrində 2015-ci il təvəllüdlü (kişi cinsli) Şirvan şəhər sakini dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə aqonal vəziyyətdə Təcili tibbi yardım briqadası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə daxil olub.

Məlumata görə, xəstə intubasiya olunub, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter